AZ

"Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlmişik" - Toon Raemaekers

"Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlmişik".

Redaktor.az xəbər verir ki, bunu Macarıstan təmsilçisi "Ferentsvaroş"un futbolçusu Toon Raemaekers mətbuat konfransında deyib.

"Komandada əhvali-ruhiyyə yüksək səviyyədədir. Bakıya qələbə qazanmaq üçün gəlmişik. İlk görüşdə bəxtimiz gətirmədi. Düşünürəm ki, cavab matçında eyni səhvlərə yol verməyəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Seçilən
12
13
redaktor.az

10Mənbələr