EN

Bu sərnişinlər təyyarəyə iki yerə bilet alacaqlar Aviaşirkətdən yeni qərar

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikanın “Southwest Airlines” aviaşirkəti artıq çəkisi olan sərnişinlərdən iki yer üçün bilet pulu alacaq. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aviaşirkət oturacaq seçim siyasətində köklü dəyişikliklər etdiyini açıqlayıb.

Şirkət bəyan edib ki, təyyarədə bir oturacağa sığmayan sərnişinlər “Böyük Ölçü” kateqoriyasına aid edilir. 

Onlar “Plus-size” sərnişin sayıldığından hər iki oturacaq üçün bilet almalıdırlar. 

Qeyd edək ki, ABŞ aviaşirkətlərindən “United Airlines”, “American Airlines” və “Delta Air Lines” də oturacaq qollarına sığmayan artıq çəkili sərnişinlərdən əlavə ödəniş tələb edir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
6
qafqazinfo.az

7Sources