EN

Zelenski ukraynalılar üçün ikili vətəndaşlığın qüvvəyə minəcəyi ilk 5 ölkənin adını açıqlayıb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna prezident Volodimir Zelenski Ukraynanın ikili vətəndaşlıq qaydalarının qüvvəyə minəcəyi ilk 5 ölkənin adını açıqlayıb.

APA xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında məlumat verib.

"Qanun qəbul edilib, yaxın gələcəkdə hökumət lazımi qaydaları qəbul edəcək və qaydaların tətbiq olunacağı ilk ölkələr Almaniya, Polşa, Çexiya, ABŞ və Kanada olacaq. Bu, dünyada ukraynalıların daha da böyük birliyinə doğru bir addımdır", - Zelenski bildirib.

Qeyd edək ki, 2025-ci il iyunun 18-də Ukrayna Ali Radası ikili vətəndaşlığı dəstəkləyib və qanun layihəsinin lehinə 243 deputatı səs verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
apa.az

2Sources