"Qarabağ" klubu yeni transferini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın “Portimonense” klubundan Kamilo Duran heyətinə cəlb edib. 23 yaşlı kolumbiyalı ilə 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək.

Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Duran Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.

Qeyd edək ki, "Qarabağ" bunadək beş futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae və Joni Montieli heyətinə qatıb.

K.Duranın vurduğu qolların videosunu təqdim edirik:

View this post on Instagram

A post shared by CamiloEVD (@camiloduran28)