“Qarabağ” yeni transferini açıqlayıb.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı vinger Kamilo Duranla anlaşıb.
“Köhlən atlar”la 23 yaşlı oyunçu arasında 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək.
O, son olaraq Portuqaliyanın “Portimonense” komandasında çıxış edib.