Premyer Liqada 2-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyunda da meydan sahibləri qələbə qazana bilməyib.
Turun ilk 5 oyununda qonaqlar 4 qələbə qazanmış, yalnız”Neftçi” heç-heçəylə kifayətlənmişdi. Bütün qələbələr minimal fərqlə reallaşmışdı.
Qəbələdə ənənə pozulmadı. “Zirə” turun 3-cü 2:1 hesabına sevindi.
İndiyədək “Qəbələ” ilə səfərdə 17 matç keçirən “Zirə” yalnız bir dəfə qələbə qazanmışdı.
Həmin 3 xal 9 il öncə – 2016-cı ilin martında əldə edilmişdi. Ondan sonra baş tutan 15 dueldə meydan sahibləri ya qələbə, ya da heç-heçə ilə yadda qalmışdı.
Hesabda geri düşən “qartallar” Ceyhin Nuriyevin dublu sayəsində xoşagəlməz seryaya son qoyub. Bu qələbə “Zirə”nin 4-cü pilləyə qalxmasına da yardım edib.