Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi(EMSC) xəbər verir.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında da hiss edilib.