EN

İntihar edən yeniyetmənin ailəsi onun ölümündə “ChatGPT”ni günahlandırdı

BAKI, 27 avqust. TELEQRAF

ABŞ-də intihar edən bir yeniyetmənin valideynləri baş verənlərdə ChatGPT neyroşəbəkəsini və onun yaradıcılarını günahlandırıblar.

Teleqraf xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxsin ailəsi “OpenAI” şirkətini və onun rəhbəri Sam Altmanı məhkəməyə verib.

Məhkəmə iddiasından məlum olur ki, yeniyetmə bir neçə ay ərzində müntəzəm olaraq çat-botla ünsiyyətdə olub. Mərhum gəncin valideynlərinin fikrincə, neyroşəbəkə bu müddət ərzində onu dəstəkləmək və ya mütəxəssislərə yönləndirmək əvəzinə emosional vəziyyətini daha da ağırlaşdırıb.

Ailənin vəkillərinin fikrincə, “OpenAI” öz məhsulunun təhlükəsizliyini təmin etməyə səhlənkar yanaşıb. Bununla əlaqədar olaraq, yeniyetmənin valideynləri kompensasiya və başqa insanların oxşar nəticə ilə üzləşməməsi üçün çat-botun işində dəyişikliklər tələb edirlər.

Chosen
16
teleqraf.com

1Sources