EN

Velosiped məşqçiləri üçün kurslar

Respublika Velotrekində Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF), Elm və Təhsil Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib.

Layihə çərçivəsində bölgələrdə velosiped idmanının inkişafı istiqamətində fəaliyyət göstərəcək məşqçilər üçün xüsusi təlim kurslarının açılışı olub.

Təlimlərin əsas məqsədi regionlarda velosiped idmanının populyarlaşdırılması, gənclərin bu sahəyə cəlb olunması və ixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Kurslarda iştirak edən məşqçilərə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar öyrədiləcək.

Layihənin təşkilatçıları hesab edirlər ki, bu cür kurslar bölgələrdə idmanın inkişafına yeni təkan verəcək, həmçinin ölkədə peşəkar velosipedçilərin yetişdirilməsinə töhfə olacaq.

Qabil YUSİFOĞLU
XQ

Chosen
18
1
xalqqazeti.az

4Sources