EN

"Rheinmetall" Bolqarıstanda sursat zavodu tikəcək

Bakı. Trend:

Almaniyanın müdafiə sənayesi konserni “Rheinmetall”Bolqarıstanda yeni sursat zavodu inşa etməyi planlaşdırır.

Trend “Spiegel”əistinadla xəbər verir ki, şirkət müqavilələr imzalandıqdan sonraəlavə məlumat açıqlayacaq. Bolqarıstanın hakim GERB partiyasınınsədri Boyko Borisov isə feysbuk paylaşımında “Rheinmetall”ın başicraçı direktoru Armin Papperger ilə görüşdüyünü və planlarımüzakirə etdiyini bildirib.

Yeni müəssisədə NATO standartlarına uyğun 155 millimetrlikmərmilər istehsal olunacaq. Layihənin dəyəri 1 milyard avroqiymətləndirilir.

“Rheinmetall” Rusiya-Ukrayna müharibəsi fonunda istehsalıgenişləndirib. Şirkət Aşağı Saksoniyadakı Unterlüss şəhərində dəyeni sursat zavodu açır. Burada yaxın vaxtlarda 155 millimetrlikmərmilərin seriyalı istehsalına başlanacaq: bu il 25 min, 2027-ciildə isə 350 min mərmi istehsalı planlaşdırılır. Digər zavodlarlabirlikdə “Rheinmetall”ın illik istehsalı 2027-ci ildə 1,5 milyonmərmiyə çatdırmağı hədəfləyir.

Konsern hazırda Ukraynanın əsas sursat təchizatçılarındanbiridir.

Chosen
25
az.trend.az

1Sources