EN

Sumı şəhərinə kütləvi dron hücumu edilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Kiyev, 27 avqust, AZƏRTAC

Avqustun 27-nə keçən gecə Rusiya ordusu Ukraynanın Sumı şəhərinə kütləvi dron hücumu həyata keçirib. Hava hücumu nəticəsində şəhərin strateji infrastruktura ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.

Rusiya ordusunun Sumıya hücumu nəticəsində şəhərdə elektrik təchizatı qismən kəsilib, elektrik nəqliyyatının fəaliyyəti dayandırılıb, binalara su verilməsində fasilələr yaranıb.

Şəhərdə yalnız avtobuslar işləyir. Rusiya ordusunun hücumu ilə əlaqədar bütün su təchizatı obyektləri ehtiyat enerji təchizatına keçirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
2
azertag.az

7Sources