Referans xəbər verir ki, Kəlbəcər rayonu Bərpa,Tikinti və İdarəetmə Xidməti hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, sözügedən hadisə 26 avqust 2025-ci il tarixində Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı baş verib:
“Heç bir dağıntı və ya yanğın baş verməyib. Yoxlanışı həyata keçirən 3 məsul şəxs və 1 nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı bir təhlükə mövcud deyil.
Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.