ABŞ administrasiyası bu ilin sonuna qədər Ukraynada, İsrail və İran arasında və Qəzza zolağında münaqişələrin həllini gözləyir.
Bakues.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
“Rusiya – Ukrayna, İran – İsrail və HƏMAS – biz bu həftə ərzində bu münaqişələrin hər üçü ilə bağlı görüşlər keçiririk. Və biz onları bu ilin sonuna kimi həll etməyə ümid edirik”, – o bildirib.