EN

Jair Bolsonaro 24 saat polis nəzarəti altında qalacaq

Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonaronun qaçmasının qarşısını almaq üçün mühakimə olunana qədər onun daimi polis nəzarəti altında saxlanmasını əmr edib.

Editor.az bu barədə “The Guardian”a istinadla yazır.

“Keçən bazar ertəsi federal polis onun Argentinadan siyasi sığınacaq istəməsi barədə ona məlumat verdikdən sonra baş prokuror Ali Məhkəmədən 70 yaşlı kişiyə nəzarəti gücləndirməyi xahiş edib”,- deyə bildirilib.

Məlumata görə, Braziliya Ali Federal Məhkəməsinin hakimi Alexandre de Moraes riskləri qəbul edib və müttəhimin paytaxtdakı malikanəsinə nəzarət edilməsinə göstəriş verib. Moraes bildirib ki, polis məmurları siyasətçinin evinə girməməli idi.

Qeyd edək ki, iyun ayında federal polis Bolsonaronu casusluqda günahlandırıb və siyasətçinin oğlunun sui-qəsdi təşkil etdiyi iddia edilib. Fevral ayında baş prokurorluq Bolsonaronu daha 33 nəfərin iştirak etdiyi dövlət çevrilişinə cəhddə ittiham edib.

//Gülnarə Abasova, Editor.az

Chosen
13
editor.az

1Sources