Bu gün Çempionlar Liqasında əsas mərhələyə adlayan son 4 komanda müəyyənləşəcək.
Yenisabah.az xəbər verir ki, pley-offun cavab görüşləri çərçivəsində Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda "Ferensvaroş"la qarşılaşacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.
Türkiyə "Fənərbaxça"sı "Benfika"nın qonağı olacaq. "Kopenhagen" "Bazel"lə, "Brügge" isə "Reyncers"lə üz-üzə gələcək. pizza sifarişi
Xatırladaq ki, ötən gecə "Kayrat", "Pafos" və "Budo-Qlimt" Liqa mərhələsinə vəsiqə əldə ediblər.
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan)
İlk oyun - 3:1
23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə)
İlk oyun - 1:1
23:00. "Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə)
İlk oyun - 0:0
23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 3:1.
Telegram kanalımız