EN

Oğlu Aytəkin Mərdanovanı sevindirdi (FOTO)  

Aparıcı Aytəkin Mərdanovanın oğlu universitetə qəbul olub.

HİT.az xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, oğlu Fərid Budapeştin Kornivus Universitetində “Data science in business” fakültəsinə daxil olub.

“Ailəm üçün çox önəmli və xoş bir xəbəri sizinlə paylaşmaq istəyirəm. Çox şükürlər olsun ki, həyəcanla gözlədiyimiz cavabı aldıq. Oğlum Fərid arzuladığı ali təhsil müəssisəsinə - Avropanın sayılıb-seçilən təhsil ocaqlarından birinə, Budapeşt Korvinus Universitetinin “Data science in business” fakültəsinə qəbul olub. Sevincimin həddi-hüdudu yoxdur, çünki bu uğurun arxasında oğlumun yuxusuz gecələri və sonsuz çalışqanlığı dayanır. Valideyn üçün bundan böyük qürur yoxdur. Allah kimsənin əziyyətini yerdə qoymasın”, - A. Mərdanova paylaşımında yazıb.

Xatırladaq ki, aparıcı bir müddət əvvəl SAT (Scholastic Assessment Test) imtahan suallarının satıldığını iddia etmişdi.

Chosen
12
4
milliyol.az

5Sources