Tanınmış jurnalist, Oxu.az saytının redaktoru Rüstəm Qaraxanlı vəfat edib. Metbuat.az xəbər verir ki, mərhumun ailəsindən verilən məlumata görə, 1978-ci il təvəllüdlü jurnalist ötən gün axşam saatlarında səhhətində qəfil yaranan problem səbəbindən həyatını itirib. Rüstəm Qaraxanlı uzun illər müxtəlif mətbu orqanlarda köşə yazarı kimi fəaliyyət göstərib.Ruhu şad olsun, Allah rəhmət eləsin!