EN

“Təhlükəsiz idarəetmə” adlı beynəlxalq təlimə start verilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Böyük Britaniyanın IOSH (Institution of Occupational Safety and Health – Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu) proqramı əsasında “Təhlükəsiz İdarəetmə” adlı beynəlxalq təlim keçirilir.

AzEdu.az xəbər verir ki,təlimdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv təşkilatlarında çalışan əməkdaşlar iştirak edirlər.

Təlimin əsas məqsədi əmək mühitində təhlükəsizliyin və sağlamlığın qorunması üzrə müasir yanaşmaları öyrənmək, risklərin idarə edilməsində qabaqcıl beynəlxalq təcrübəni mənimsəmək və müəssisələrdə təhlükəsizlik mədəniyyətini gücləndirməkdir.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tərəfindən təşkil edilən bu proqram həmkarlar ittifaqlarının üzvlərinin peşəkar fəaliyyətinə yeni dəyər qatacaq.

Qeyd edək ki, təlimin sonunda imtahandan uğurla keçən iştirakçılara beynəlxalq səviyyədə tanınan IOSH (“Təhlükəsiz İdarəetmə” üzrə) sertifikatı təqdim olunacaq.

Chosen
11
azedu.az

1Sources