EN

ÇL: Bu gün Liqa mərhələsinin son 4 iştirakçısı bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, bununla da Liqa mərhələsinə son 4 vəsiqənin sahibi bəlli olacaq.

Günün ilk matçında "Qarabağ" Bakıda Macarıstanın "Ferensvaroş" kollektivini qəbul edəcək.

Türkiyənin "Fənərbağça" klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. İstanbuldakı ilk görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bundan başqa, "Brügge" Belçikada Şotlandiyanın "Reyncers", "Kopenhagen" isə Danimarkada İsveçrə "Bazel"ini sınağa çəkəcək.

İlk oyun günündə Qazaxıstanın "Kayrat", Norveçin "Budyo/Qlimt" və Kiprin "Pafos" klubları turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası, Pley-off mərhələsi,

cavab görüşləri

27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan)

İlk oyun - 3:1

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə)

İlk oyun - 0:0

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə)

İlk oyun - 1:1

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 3:1

Chosen
19
3
ikisahil.az

4Sources