“Bayer” ispaniyalı futbolçu Lukas Vaskesi transfer edib. 


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


34 yaşlı sağ cinah müdafiəçisi ilə anlaşma 2027-ci ilə qədər nəzərdə tutulub.


“Real”ın yetirməsi olan Lukas Vaskes əsas komandada 402 oyuna çıxıb, 38 qol və 73 məhsuldar ötürmə ilə yadda qalıb. O, Madrid təmsilçisi ilə 5 dəfə Çempionlar Liqasının qalibi olub.