Leverkuzen “Bayer”i ispaniyalı futbolçu Lukas Vaskesi transfer edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı sağ cinah müdafiəçisi ilə anlaşma 2027-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək kİ, “Real”ın yetirməsi olan Lukas Vaskes əsas komandada 402 oyuna çıxıb, 38 qol və 73 məhsuldar ötürmə ilə yadda qalıb. O, Madrid təmsilçisi ilə 5 dəfə Çempionlar Liqasının qalibi olub.