EN

Ağcabədidə yanacaqdoldurma məntəqəsini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb YENİLƏNİB

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

525.az-a DİN mətbuat xidmətinin regional qrupundan bildirilib ki, yanğını törətməkdə şübhəli bilinən Bayram Rafiq oğlu Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli şəxsin yanacaqdoldurma məntəqəsinin sahibi Xəqani Rəhim oğlu Vəliyevin qardaşı oğlu olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağcabədi rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

525.az-a bu barədə nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən ofisdə baş verdiyi və yanacaqla dolu çənlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çənlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 48 m² olan 3 otaqdan ibarət ofisin yanar konstruksiyaları yanıb.

Yanacaq çənləri yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
3
525.az

4Sources