Bu ilin noyabrında Bakıda on ildən çoxdur ki, çinli alıcıları beynəlxalq istiqamətlərlə birləşdirən “China Visitor Summit”- B2B platforması keçiriləcək.
Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "Çin turizm bazarına hazırlıq" təlimində bildirib.
"Bu nüfuzlu tədbirin ilk dəfə Azərbaycanda keçirilməsi bizə çinli 50 aparıcı alıcını (turoperatorlar və turizm sektorunun nümayəndələri) vörkşoplar, B2B görüşlər və regionlarımıza tanışlıq turu formatında qəbul etməyə imkan verəcək", - o vurğulayıb.
F.Zenqstşmidin sözlərinə görə, bu ilin payızında onların göstərdikləri səylər Çinin 8 şəhərində keçiriləcək iki böyük "road-show" və turizm istiqamətinin təqdimatları ilə kulminasiya nöqtəsinə çatacaq: “Bu şəhərlərə Pekin, Şanxay, Quançjou, Şençjen, Çendu, Çuntsin və s. daxildir”.
© "Report"