AZ

Azərbaycan turizm brendini təşviq etmək üçün Çinin 8 şəhərində "road-show" keçirəcək

Bu ilin noyabrında Bakıda on ildən çoxdur ki, çinli alıcıları beynəlxalq istiqamətlərlə birləşdirən “China Visitor Summit”- B2B platformasını keçirəcək.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "Çin turizm bazarına hazırlıq" təlimində bildirib.

"Bu nüfuzlu tədbirin ilk dəfə Azərbaycanda keçirilməsi bizə çinli 50 aparıcı alıcını (turoperatorlar və turizm sektorunun nümayəndələri) vörkşoplar, B2B görüşlər və regionlarımıza tanışlıq turu formatında qəbul etməyə imkan verəcək", - o vurğulayıb.

F.Zenqstşmidin sözlərinə görə, bu ilin payızında onların göstərdikləri səylər Çinin 8 şəhərində keçiriləcək iki böyük "road-show" və turizm istiqamətinin təqdimatları ilə kulminasiya nöqtəsinə çatacaq: “Bu şəhərlərə Pekin, Şanxay, Quançjou, Şençjen, Çendu və Çuntsin və s. daxildir”.

O bildirib ki, bu tərəfdaşlar Azərbaycanla şəxsən tanış ola biləcəklər: “Daha bir vacib element - bələdçilərin hazırlanmasıdır. Bu ilin payızından etibarən biz Konfutsi İnstitutu ilə əməkdaşlıq çərçivəsində bələdçilərin hazırlıq proqramına başlayırıq.Azərbaycan Turizm Agentliyinin rəhbərinin artıq qeyd etdiyi kimi, cari il üçün nəzərdə tutulan planları aşan üçüncü mühüm addım Azərbaycan Turizm Bürosunun Çində ofisinin açılmasıdır. Bu addım bizim mövcudluğumuzu möhkəmləndirməyə və "Destination Azerbaijan" brendinin mesajını gücləndirməyə imkan verəcək”.

Seçilən
0
1
report.az

2Mənbələr