EN

Tramp Nobel Mükafatına ən yaxşı namizəddir - Vitkoff

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, Amerika lideri Nobel Sülh Mükafatını almağa ən yaxşı namizəddir.

XəzərNews.az xəbər verir ki,onun çıxışını DRM News YouTube kanalı yayıb.

"Mən yalnız bir şey arzulayıram: Nobel Komitəsi nəhayət işə başlasın və bütün mövcudluğu boyunca ən yaxşı namizəd olduğunuzu başa düşsün", - deyə Vitkoff Trampın uğurlarının dünyada oyun qaydalarını dəyişdirdiyini qeyd edib.

Artıq yeddi ölkənin nümayəndəsi ABŞ liderinin Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyib. Onlara Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Kambocanın baş naziri Hun Sen, Qabon prezidenti Bris Oliqi Nguema, İsrailin baş naziri Benyamin Netanyahu, Pakistan hökuməti və Ruandanın xarici işlər naziri Olivye Nduhungirhe daxildir.

Xəbər 1 dəfə oxunub.
Chosen
151
7
xezernews.az

8Sources