Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərindən ibarət ilk qrup İrana səfər edib və tezliklə öz fəaliyyətinə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Fox News”un efirində AEBA-nın baş direktoru Rafael Qrossi açıqlayıb.
“AEBA müfəttişlərindən ibarət ilk qrup İrana qayıdıb və biz işi bərpa etməyə hazırlaşırıq”, - o bildirib.
Onun sözlərinə görə, agentliyin nümayəndələri ilk növbədə iyun ayında İsrail və ABŞ-nin zərbələri zamanı zərər görməyən obyektlərdə işləməyə başlayacaqlar.
Xatırladaq ki, İran bu ilin iyun ayında AEBA ilə əməkdaşlığı dayandırmışdı. Bu zaman Tehran agentliyi öz öhdəliklərini yerinə yetirməməkdə ittiham etmişdi. Qeyd edilmişdi ki, agentliyin öhdəliklərini yerinə yetirməməsi ABŞ və İsrailin ölkənin nüvə obyektlərinə hücumlarına gətirib çıxarmışdı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.