EN

Zelenski: Təhlükəsizlik zəmanətləri ilə bağlı liderlər formatında müzakirələrin vaxtı çatıb

Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı liderlər formatında diskussiyalara start verməyin vaxtı çatıb.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında deyib.

“Hərbi rütbəlilər, müdafiə nazirləri və təhlükəsizlik müşavirləri- bütün səviyyələrdə gələcək təhlükəsizliyimizin komponentləri hazırlanır. Detalların müəyyən olunması prosesini sürətləndiririk. Əsas prioritetlərin və zaman cədvəlinin müəyyən olunması üçün liderlər fromatında müzakirələr aparmağın vaxtı çatıb” Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyaya qarşı təzyiqin davam etməli olduğunu vurğulayıb.

Chosen
16
5
apa.az

7Sources