AZ

“Təhlükəsizlik zəmanətləri ilə bağlı liderlər formatında müzakirələrin vaxtı çatıb” Zelenski

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı liderlər formatında diskussiyalara start verməyin vaxtı çatıb.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında bildirib.

“Hərbi rütbəlilər, müdafiə nazirləri və təhlükəsizlik müşavirləri - bütün səviyyələrdə gələcək təhlükəsizliyimizin komponentləri hazırlanır. Detalların müəyyən olunması prosesini sürətləndiririk. Əsas prioritetlərin və zaman cədvəlinin müəyyən olunması üçün liderlər formatında müzakirələr aparmağın vaxtı çatıb”, - Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyaya qarşı təzyiqin davam etməli olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
5
azpolitika.info

7Mənbələr