EN

İranda 13 terrorçu öldürülüb

İran təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində keçirdiyi reyd zamanı 13 terrorçu öldürülüb...

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə İranın dövlət KİV-ləri məlumat yayıb.

Məlumata görə, silahlı şəxslər bu yaxınlarda İranşəhrdə Daman postunda polisə hücumda şübhəli bilinən qruplaşmanın üzvləri olublar. Bu hücum nəticəsində hüquq-mühafizə orqanlarının 5 əməkdaşı həlak olub.

"Hazırda Sistan və Bəlucistan əyalətində 13 terrorçu öldürülüb, bir neçə silahlı isə həbs edilib", - Keşikçilər Korpusunun bəyanatında deyilir.
“Tasnim”in məlumatına görə, əməliyyat zamanı Damanda həlak olan polislərin oğurlanmış silah və sursatı müsadirə edilib

Poliqon.info

Chosen
32
8
poliqon.info

9Sources