EN

Azərbaycanlı pilot beynəlxalq yarışın qalibi oldu - FOTO

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Palmela şəhərində keçirilən kartinq üzrə beynəlxalq "Easykart Portugal Trophy" turnirində qalib olub.

Avtosfer.az xəbər verir ki, Davin uzunluğu 1 270 metr olan Beynəlxalq Palmela Kartodromunda (Kartodromo de Palmela) "TaG Livre 125" kateqoriyası üzrə 140 xalla birinci olub.

Turnirdə Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Anqola və Cənubi Afrika Respublikasından olan pilotlar iştirak ediblər.

Qeyd edək ki, Davin oktyabrda İtaliyada keçiriləcək "X 30" kateqoriyasında "World Grand Final"da iştirak edəcək. O, qitə çempionatında "BirelAreti" komandasının tərkibində Portuqaliyanı təmsil edəcək.

Kartinqdə bir sıra beynəlxalq turnirlərdə qalib və mükafatçılar sırasında yer alan 15 yaşlı pilota artıq Almaniyada "Formula-4"ə qatılmaq təklifi gəlib.

 

Chosen
11
12
avtosfer.az

10Sources