Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Palmela şəhərində keçirilən turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Offsideplus.az xəbər verir ki, o, kartinq üzrə beynəlxalq "Easykart Portugal Trophy" turnirinin qalibi olub.

Turnirdə 6 ölkədən (Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Anqola və Cənubi Afrika Respublikası) olan pilotlar iştirak edib.

Qeyd edək ki, D.Cəfərov oktyabrda İtaliyada keçiriləcək X30 kateqoriyasında "World Grand Final"da iştirak edəcək. O qitə çempionatında "BirelAreti" komandasının tərkibində Portuqaliyanı təmsil edəcək. 

15 yaşlı pilota artıq Almaniyada "Formula 4"ə qatılmaq təklifi gəlib.