Burçin Ərdoğu mətbuata açıqlamasında diqqətə çatdırıb ki, qazıntı işlərinin həyata keçirildiyi Uğurlu kəndində aşkarlanan tapıntılar ümumilikdə Türkiyənin ucqar qərbinin tarixindən xəbər verir.
"Tapınıtılara əsasən belə qənaətə gəlmişik ki, qazdığımız yerlər bu ərazidə ilk tarixi yaşayış məntəqəsidir. Burada əkinçilik, maldarlıq, dulusçuluq, dəmirçilik, hətta şəhərləşmə izləri mövcuddur",– Burçin Ərdoğu deyib.
Professorun sözlərinə görə, hazırda tapılan 5 tikili Gökçəadaya gəlmiş ilk əkinçi qəbilələrdən qalıb.
"Egey adaları ərazisində bu cür tikililərə ilk dəfə rast gəldik",– o vurğulayıb.




Firudin Həmidli
AzVision.az