AZ

Türkiyədə 9 min illik abidələr tapılıb FOTOLAR

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Anadolu Ajansı"nın yaydığı məlumata əsasən, sözügedən ərazidə qazıntılar 2009-cu ildən bəri Akdəniz Universitetinin arxeologiya kafedrasının müəllimi professor Burçin Ərdoğunun rəhbərliyində aparılır. Burçin Ərdoğu mətbuata açıqlamasında diqqətə çatdırıb ki, qazıntı işlərinin həyata keçirildiyi Uğurlu kəndində aşkarlanan tapıntılar ümumilikdə Türkiyənin ucqar qərbinin tarixindən xəbər verir. "Tapıntılara əsasən belə qənaətə gəlmişik ki, qazdığımız yerlər bu ərazidə ilk tarixi yaşayış məntəqəsidir. Burada əkinçilik, maldarlıq, dulusçuluq, dəmirçilik, hətta şəhərləşmə izləri mövcuddur", – Burçin Ərdoğu deyib. Professorun sözlərinə görə, hazırda tapılan 5 tikili Gökçəadaya gəlmiş ilk əkinçi qəbilələrdən qalıb. "Egey adaları ərazisində bu cür tikililərə ilk dəfə rast gəldik", – o vurğulayıb.

Firudin Həmidli

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
azvision.az

2Mənbələr