EN

Bu, nəticə əldə etməyin yeganə yoludur - Kreml rəsmisi

Rusiya hesab edir ki, Alyaska sammitinin hər hansı təfərrüatını açıq şəkildə işıqlandırmaq ən yaxşı qərar olmayacaq.

XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə açıqlama ilə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukrayna ilə bağlı etdiyi iddia edilən kompromislərdən danışarkən deyib.

"Həqiqətən də görüş zamanı Ukraynada nizamlanma ilə bağlı məsələlərə toxunulub. Biz hesab edirik ki, bəzi detallar barədə ictimaiyyət qarşısında danışmaq çətin ki, ümumi iş üçün faydalı olsun. İş qeyri-ictimai formatda aparılmalıdır, çünki bu, nəticə əldə etməyin yeganə yoludur", - Kreml rəsmisi qeyd edib.

Peskov vurğulayıb ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında “mənalı, konstruktiv, faydalı və zəruri” söhbət baş tutub. Onun sözlərinə görə, Rusiya tərəfi bu danışıqların effektivliyini yüksək qiymətləndirir.

Avqustun 24-də ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, Rusiya guya Ukraynada sülh nizamlanmasının bəzi aspektlərində güzəştə gedib. O qeyd edib ki, Moskva böhrana son qoymağı hədəfləyir.

Xəbər 48 dəfə oxunub.
Chosen
36
xezernews.az

1Sources