EN

Tramp Sorosu məsuliyyət daşımağa çağırdı


ABŞ Prezidenti Donald Tramp amerikalı maliyyəçi Corc Soros və oğlunu məsuliyyətə cəlb etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti sosial şəbəkə hesabında məlumat yayıb.
“Corc Soros və onun gözəl oğlu - radikal solçu - Amerika Birləşmiş Ştatlarında zorakı etirazları dəstəklədiyinə və bir çox şeyə görə RICO qanunu ilə cavabdehlik daşımalıdır. Biz artıq bu dəlilərin Amerikanı parçalamasına icazə verməyəcəyik. Soros və onun psixopatlar qrupu ölkəmizə böyük ziyan vurublar”, - prezident yazıb.
Tramp həmçinin Soros və onun “Qərbi Sahildən olan dəli dostlarını” diqqətli olmağa çağırıb, çünki ABŞ hakimiyyəti “onları izləyir”.
Chosen
12
1
yeniavaz.com

2Sources