AZ

Tramp Sorosu məsuliyyət daşımağa çağırdı

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp amerikalı maliyyəçi Corc Soros və oğlunu məsuliyyətə cəlb etməyə çağırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti sosial şəbəkə hesabında məlumat yayıb.

“Corc Soros və onun gözəl oğlu - radikal solçu - Amerika Birləşmiş Ştatlarında zorakı etirazları dəstəklədiyinə və bir çox şeyə görə RICO qanunu ilə cavabdehlik daşımalıdır. Biz artıq bu dəlilərin Amerikanı parçalamasına icazə verməyəcəyik. Soros və onun psixopatlar qrupu ölkəmizə böyük ziyan vurublar”, - prezident yazıb.

Tramp həmçinin Soros və onun “Qərbi Sahildən olan dəli dostlarını” diqqətli olmağa çağırıb, çünki ABŞ hakimiyyəti “onları izləyir”.

Qeyd edək ki, RICO (Reket Təsirli və Korrupsiyaya uğramış Təşkilatlar) Qanunu 20 ilə qədər həbsi, habelə maliyyə sanksiyalarını nəzərdə tutur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
yeniavaz.com

2Mənbələr