EN

Qarabağ Universiteti brendə çevrilməkdədir AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Yeni açılmasına baxmayaraq, yüksək ballı tələbələrin Qarabağ Universitetini seçməsi çox sevindirici haldır. Bu, həm insanların yeni açılmış Qarabağ Universitetinə göstərdiyi marağın, həm də orada təhsilin keyfiyyətinə olan inamın göstəricisidir. Yüksək bal toplayan tələbələrin əksəriyyəti — 127 nəfər Qarabağ Universitetini seçib ki, bu da çox müsbət göstəricidir".Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyibO bildirib ki, təhsildə yeni fəaliyyətə başlamasına baxmayaraq, Qarabağ Universiteti artıq bir brendə çevrilməkdədir:"Mən inanıram ki, növbəti illərdə bu say daha da artacaq, universitet kifayət qədər möhkəm reputasiyaya sahib olacaq. Təkcə Azərbaycanda deyil, MDB məkanında, Avropada və dünyada da Qarabağ Universitetinin nüfuzunun yüksələcəyinə əminəm.Düşünürəm ki, bu müsbət tendensiya davam edəcək və Qarabağ Universiteti böyük uğurlar qazanacaq".Qeyd edək ki, bu il 600-dən çox bal toplayan 127 nəfər Qarabağ Universitetini seçib.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
demokrat.az

2Sources