EN

Priştayko: Ukrayna faydalı qazıntılar üzrə sazişdə aldadıldı

Ukraynanın sabiq xarici işlər naziri və Böyük Britaniyadakı keçmiş səfiri Vadim Priştayko bildirib ki, ABŞ-la imzalanmış faydalı qazıntılar üzrə saziş ölkəsi üçün əlverişli olmayıb.

Siyasətçi bu fikirləri Radio NV-yə müsahibəsində səsləndirib.

Editor.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna bu razılaşmada uduşsuz vəziyyətə düşüb:

“Düşünürəm ki, bizi aldadıb tələ qurmuşdular. Biz bu sazişi qəbul etdik, amma sonra necə davam edəcəyimizi bilmədik. Çünki böyük mineral resurslara malik ölkə ilə danışıqlar apararkən, rəqibiniz ondan da güclü resurslara sahibdirsə, belə şərtlərdə oyunu udmaq mümkün deyil”, — deyə diplomat vurğulayıb.

//Samir Qurbanov, Editor.az

 

Chosen
16
editor.az

1Sources