EN

102 yaşlı kişidən dünya rekordu

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yaponiyalı 102 yaşlı Kokiti Akudzava Ginnesin rekordlar kitabına düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Yaponiyadakı Fudzi dağına çıxan planetin ən yaşlı insanıdır.

1923-cü ildə doğulan Akudzava 6 il əvvəl dəniz səviyyəsindən 3776 metr hündürlükdə olan bu zirvəni bir dəfə fəth edib. Amma budəfəki qalxış onu bütün dünyada məşhur edib.

Qeyd edək ki, 102 yaşlı qocanın səhhətində ciddi problemlər var. Belə ki, o, ürək xəstəsidir. Buna baxmayaraq, Akudzava avqustun əvvəllərində başladığı yürüşü 2 həftə ərzində sağ-salamat bitirə bilib.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
525.az

1Sources