EN

Ukraynanın müxtəlif bölgələri kütləvi dron hücumuna məruz qalıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ukraynanın bir çox bölgəsi Rusiya ordusu tərəfindən kütləvi dron hücumuna məruz qalıb.

APA xəbər verir ki, bununla bağlı Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

Kiyevdə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü, paytaxt ərazisində partlayışların baş verdiyi bildirilir.

Bundan başqa Ukraynanın Kiyev, Jitomir, Çerniqov, Sumı, Poltava, Xarkov, Odessa, Çerkassı, Kirovoqrad, Dnepropetrovsk vilayətlərinin müxtəlif bölgələrinin PUA hücumularına məruz qaldığı bildirilir.

Zaporojya vilayətinin müxtəlif bölgələrində KAB raketlərindən də istifadə olunduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
2
apa.az

8Sources