AZ

Ukrayna Rusiyanın kütləvi dron hücumuna məruz qalıb, 4 nəfər ölüb, 24 nəfər yaralanıb YENİLƏNİB

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiya ordusunun bu gücə Ukrayna ərazisini PUA və qanadlı raketlərdən atəşə tutması nəticəsində bir sıra bölgələrdə dağıntılar meydana gəlib.

APA xəbər verir ki, bu haqda Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumatda həmçinin müxtəlif bölgələrdə sərnişin qatarlarının vurulduğu bildirib.

Daxili işlər naziri İqor Klimenko əldə olunan məlumata görə 2-si uşaq olmaqla 4 nəfərin həlak olduğunu bildirib.

Kiyev Metropoliten Hərbi Dairəsinin rəhbəri Tkaçenko azı 3 Kiyev sakininin həlak olduğunu, 24 nəfərin isə yaralandığını bildirib.

***

01:29

Ukraynanın bir çox bölgəsi Rusiya ordusu tərəfindən kütləvi dron hücumuna məruz qalıb.

APA xəbər verir ki, bununla bağlı Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

Kiyevdə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü, paytaxt ərazisində partlayışların baş verdiyi bildirilir.

Bundan başqa Ukraynanın Kiyev, Jitomir, Çerniqov, Sumı, Poltava, Xarkov, Odessa, Çerkassı, Kirovoqrad, Dnepropetrovsk vilayətlərinin müxtəlif bölgələrinin PUA hücumularına məruz qaldığı bildirilir.

Zaporojya vilayətinin müxtəlif bölgələrində KAB raketlərindən də istifadə olunduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
apa.az

8Mənbələr