"Hər zaman Çempionlar Liqasında oynamağı xəyal edirdim. Özümü çox xoşbəxt hiss edirəm. Fikirlərimi tam ifadə etməkdə çətinlik çəkirəm. Tarixi uğura imza atdıq".
Bu sözləri Publika.az-a açıqlamasında "Qarabağ"ın qolkiperi Mateuş Koxalski deyib. Ağdam klubunun UEFA Çempionlar Liqasının Əsas mərhələsinə vəsiqə qazanmasını şərh edən polşalı qapıçı püşkdə arzuladığı rəqiblər barədə də danışıb:
"Mənim üçün rəqibin fərqi yoxdur, amma böyük stadionlarda böyük klublara qarşı oynamağı hər zaman arzu etmişəm".
Ferensvaroş"la oyunun (2:3, ümumi-5:4) sonlarında komandasını real qoldan xilas edən Koxalski həmin anı belə xatırlayıb:
"Çətin qurtarış idi. İnstinkt qurtarışı da deyərdim. Komandama kömək edə bildiyim üçün xoşbəxtəm".