AZ

Saşa İliç: “Qarabağ”a qarşı uğurlu nəticə qazanmaq istəyirsinizsə…”

Misli Premyer Liqasının II turu çərçivəsində “Sumqayıt” səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Saşa İliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Biz Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bu cür komandaya qarşı əgər uğurlu nəticə qazanmaq istəyirsinizsə, gərək bəxtiniz də olsun, müəyyən oyununuz da. Bilirəm ki, "Qarabağ" bizə qarşı əsas heyətlə oynamadı. ÇL-də onların vacib oyunu var. Ümid edirəm ki, onlar qrupa düşəcək və bununla da mən fəxr edəcəm".

- Mövsümöncəsi mətbuat konfransında bildirmişdiz ki, məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır, amma bu, futbolçulardan asılı olacaq. Sizi avrokuboklara daşıya biləcək futbolçular yığa bilmisiz?

- Bəli, futbolçularımı bəyənirəm, razıyam. Amma məqsədimizə çatmaq istəyiriksə, bizə bir neçə oyunçu da lazımdır. Konkret 3 oyununu mən görürəm. Amma olanlardan da razıyam. Bu gün göstərilən nəticə də qənaətbəxşdir.

Millimizin Ukrayna ilə səfər oyununun yeri dəyişdirilib

Slavik Alxasov: "Ən yaxşısını etməyə çalışacağıq"

Rza Cəfərovun transferi baş tutmadı - SƏBƏBİ BƏLLİ OLDU

Millimiz Monteneqroya məğlub olub

“Qəbələ” MOİK-i məğlub edib

Seçilən
31
50
apasport.az

10Mənbələr