EN

Ölümcül virusa qarşı dərman yaradıldı

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İngiltərənin Surrey Universitetinin tədqiqatçıları “MK-8527” adlı yeni HİV dərmanı hazırlayıblar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “British Journal of Pharmacology” jurnalında dərc olunub. 

Alimlər bu preparatın infeksiyaya qarşı profilaktik tədbir kimi istifadə oluna biləcəyini və bir tabletin qəbulunun bütün ay ərzində virusdan qoruyacağını açıqlayıblar.

Onların sözlərinə görə, “MK-8527”  adlanan tablet hüceyrələrin içərisində aktiv forma çevrilməklə virusun təkrarlanmasının əsas mərhələsini bloklayır. 

Laboratoriya testləri də sözügedən maddənin minimal dozalarda belə HİV-ə yoluxmanın qarşısını aldığını təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
qafqazinfo.az

1Sources