EN

ÇL-in Liqa mərhələsinin bütün iştirakçıları müəyyənləşdi: "Qarabağ" neçənci səbətdədir?

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin son oyunlarından sonra turnirin əsas mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Publika.az xəbər verir ki, 8 illik fasilədən sonra Azərbaycan yenidən yarışda təmsil olunacaq. "Qarabağ" yenidən ÇL-in əsas həyəcanını azarkeşlərə yaşadacaq. 2017-ci ildə qrup mərhələsində mübarizə aparan Ağdam klubu bu dəfə Liqa mərhələsinə vəsiqə qazanıb.

Artıq təmsilçimizin hansı səbətdə yer alacağı müəyyənləşib. "Qarabağ" püşkatma mərasimində 4-cü səbət yer alacaq. Qurban Qurbanovun yetirmələri hər səbətdən 2 komandaya rəqib olacaq.

Qeyd edək ki, əsas raundun püşkatma mərasimi avqustun 28-də Monakoda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Səbət 1: PSJ, "Real", "Mançester Siti", "Bayern", "Liverpul", "İnter, "Çelsi", "Borussiya Dortmund" və "Barselona".

Səbət 2: "Arsenal", "Bayer Leverkuzen", "Atletiko", "Benfika", "Atalanta", "Vilyarreal", "Yuventus", "Ayntraxt Frankfurt" və "Brügge".

Chosen
22
13
publika.az

10Sources