EN

Ölkəmizdə özünü göstərə bilmədi, Ukraynada müharibədən qaçdı, indi də...

“Sabah”ın sabiq futbolçusu Lukas Rangel “Puşkaş” mükafatına namizəd olacaq qola imza atıb.

Sportinfo.az xəbər verir ki, Finlandiyada KTP-nin formasını geyinən braziliyalı hücumçu ölkə çempionatı çərçivəsində VPS-lə səfər görüşündə baxımlı qolla yadda qalıb.

Matçın 12-ci dəqiqəsində arxası qapıya tərəf topu qəbul edən 30 yaşlı forvard akrobatik tullanışla onu uzaq küncə göndərib.

Mütəxəssislər bunu ilin “Puşkaş” mükafatına namizəd qollar arasında yer alacağını hesab edir. Hətta Rangelin qolunun qalib gəlmək ehtimalı yüksək qiymətləndirilib.

Onun karyerasında üzləşdiyi çətinliklərin də seçilməsinə təsir edəcəyi güman olunur.

Məsələ burasındadır ki, 2022-ci ilin yayında “Sabah”dan “Vorskla”ya keçən Rangel Ukraynada müharibə başladığı zaman 2024-cü ildə böyük çətinliklərlə avtomobili ilə Polşaya yollanıb.

Braziliyanın “İnternasional” klubunun yetirməsi olan Lukas Rangel 2021-22 mövsümünün ikinci yarısını “Sabah”da keçirib.

Chosen
28
sportinfo.az

1Sources