EN

Deputat “Qarabağ”la bağlı nələr yazdı?

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Deputat Fazil Mustafa “Qarabağ” klubunun Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi ilə bağlı paylaşım edib.

Futbolpress.az xəbər verir ki, sosial şəbəkə hesabında bunları yazıb:

“Təbriklər! Çempionlar Liqasının himni Azərbaycanda yenidən səslənəcək! AFFA da, milli komanda da, bütövlükdə Azərbaycan futbolu da “Qarabağ”dır! Bu zəfəri qazanan məşqçi Azərbaycan övladıdır. Braziliyada, Portuqaliyada, Almaniyada gedib xilaskar axtarmayın! Qurban Qurbanov təkcə əcnəbilərə dərs vermir, həm də futbolumuzu bataqlığa gömən diletantlara da göz dağı verir! Bu arada “Kayrat” (Qeyrət) komandasını da təbrik edirəm. Qazax türkünün komandası da bizim fəxrimizdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
2
futbolpress.az

3Sources