EN

Macarıstan Avropa İttifaqını Ukrayna məsələsinə görə məhkəməyə verib

 Macarıstan hökuməti Avropa İttifaqı Şurasının dondurulmuş Rusiya aktivlərinin Ukraynaya hərbi yardım üçün istifadəsinə dair qərarını Avropa Məhkəməsində şikayət edib. Bu barədə Portfolio yazıb.

İddia iyulda təqdim olunub və məhkəmə onu  avqustun 25-də  icraata qəbul edib.

Budapeşt 2024-cü ilin mayında qəbul edilən və Rusiya aktivlərindən gələn gəlirlərin demək olar ki, tamamilə Avropa Sülh Fondu vasitəsilə Ukraynaya yönəldilməsini nəzərdə tutan qərarı mübahisələndirir.

Macarıstan hakimiyyəti bildirir ki, bu addım onların mövqeyi nəzərə alınmadan qəbul edilib və razılaşdırma prosedurları pozulub.

Qərb ölkələri müharibənin başlanğıcından bəri Rusiyanın 260 milyard avrodan çox aktivini dondurub, bunun təxminən 190 milyard avrosu Belçikanın Euroclear depozitarisində saxlanılır. Avropa İttifaqı həmin aktivlərdən əldə olunan gəliri Ukraynaya yardım üçün istifadə etmək qərarına gəlib.

N.Təbrizli

Chosen
13
1
anews.az

9Sources