EN

Bu gün boş qalan plan yerlərinə seçim BAŞLAYIR

Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə (kolleclərin) ixtisas seçimi başlayır.

Dövlər İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, ixtisas seçimi 2 sentyabra qədər davam edəcək. 

Qeyd edək ki, “Abituriyent” jurnalının 7-ci sayında ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat verilib. Burada ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı dərc olunub.

Orta ixtisas təhsili müəssisələrinin (kollec) qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. 

Xatırladaq ki, ali təhsil müəssisələrində bütün ixtisas qrupları üzrə 2219 plan yeri boş qalıb.

Chosen
29
3
azedu.az

10Sources