UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan “Qarabağ”ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəlli olub.
Manset.az xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü avqustun 28-də Monako şəhərində atılacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Liqa mərhələsində “Qarabağ”ın 8 rəqibi olacaq. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü isə səfərdə keçirəcək.
Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.